Lənkəranda nişanlı qız özünü asaraq öldürüb

12 Avqust 2013 12:06 (UTC+04:00)

Azərbaycanın Lənkəran rayonunda intihar hadisəsi baş verib.

APA-nın yaydığı məlumatına görə, rayonun Günəhir kənd sakini, 1991-ci il təvəllüdlü Günəş Cavad qızı Qulamova kəndin yaxınlığındakı meşə massivində ağacdan özünü asaraq intihar edib.

 G.Qulamova bir gün sonra həmkəndlisinin evinə gəlin köçəcəkmiş. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.