Sabirabad sakini qohumunu güllələdi

20 Sentyabr 2020 18:24 (UTC+04:00)

Sabirabadda güllələnmə hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Ulacalı kənd sakini Zəka Nəsirov ov zamanı qohumu Aqil Nəsirovu ehtiyatsızlıqdan güllə ilə vurub. Nəticədə A.Nəsirov aldığı güllə yarasından hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.