ÜST Rusiyanın koronavirus vaksininə müsbət rəy verib

21 Sentyabr 2020 15:29 (UTC+04:00)

“Rusiyanın ixtira etdiyi “Sputnik V” adlı koronavirusa qarşı vaksin effektiv və insan orqanizmi üçün ziyansızdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun direktoru Hans Klüqe Rusiyanın baş naziri Mixail Muraşko ilə danışıqlar zamanı açıqlayıb.

Təşkilat rəsmisi vaksinin hazırlanmasına görə Rusiyaya təşəkkürünü çatdırıb.