Bakıda yanğın tıxaca səbəb oldu

21 Sentyabr 2020 19:07 (UTC+04:00)

H.Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə yanğın baş verib.

Mövqe.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

O qeyd edib ki, bu səbəbdən də Heydər Əliyev Hava Limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.