Samuxda ev yanıb

22 Sentyabr 2020 09:27 (UTC+04:00)

Samux rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Samux rayonunun Qarabağlar kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 124 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.