AŞPA Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayır

22 Sentyabr 2020 15:21 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Tofiq Yaqublunun sentyabrın 28-də keçiriləcək məhkəmə iclasınadək ev dustaqlığına buraxılmasına dair Bakı Apelyasiya Məhkəməsinin qərarını alqışlayıb.

Bu barədə Mövqe.az AŞPA-ya istinadən xəbər verir.

Həmməruzəçilər qeyd edib ki, bu, gözlənilən bir addım idi: “Biz şadıq ki, Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb”.