Sabah yağış yağacaq

12 Avqust 2013 14:34 (UTC+04:00)

Ölkə ərazisində 35 dərəcəyədək isti gözlənilir

Avqustun 13-də Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən mövqe.az-a verilən məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında avqustun 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 


Havanın temperaturu gecə 18-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 21-25 dərəcə isti olacağı proqnozlaşdırılır.