"Torqovı"da geyim mağazası yanır

22 Sentyabr 2020 16:00 (UTC+04:00)
Bakıda mağazada yanğın başlayıb.
Bu barədə Mövqe.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Nizami küçəsi, 91 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yerləşən geyim mağazasında yanğın başlayıb.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın məhdudlaşdırılıb.
Əlavə məlumat veriləcək.