Misirdə gərgin gözləyiş

12 Avqust 2013 14:55 (UTC+04:00)

 Misirdəki müvəqqəti rəhbərlik, aşmış prezidenti Məhəmməd Mursi tərəfdaşlarının davam etdirdiyi oturma hərəkatinı pozmağa hazırlaşır. Misirdə Mursi tərəfdarları günlərdir oturma hərəkatını davam etdirir. Hərəkatlardan biri Qahirənin şərqindəki Rabiatul Adeviye Məscidi yaxınlığında, digəri də şəhərin qərbindəki Nahda Meydanında təşkil edilir. Movqe.az  BBC-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi daxildəki qaynaqlardan əldə etdiyi məlumata əsaslanaraq hər iki oturma hərəkatının da səhərə qarşı dağıdılacağını bildirib. Misir xarici işlər nazirliyi də "bu hərəkatın sona qədər davam edə bilməyəcəyi" istiqamətində bir şərh etmişdi. Bu məlumatlara baxmayaraq hələ hər iki hərəkat sahəsinin də ətrafında polis yoxdu. Ancaq BBC, təhlükəsizlik qüvvələrinin ətrafda olduğunu, hərəkat sahəsinə giriş-çıxışların qadağa olunacağını, hətta su və yemək tədarük edilməsinə belə icazə verilməyəcəyini yazıb