Ledi Qaqa əlini qopardacaq

12 Avqust 2013 15:01 (UTC+04:00)

Mövqe.az xarici mətbuata istinadən məlumat verir ki, yeni albomunun çıxması ilə əlaqədar Ledi Qaqa özünü xatırlatmağa başlayıb. Belə demək olar ki, artıq Qaqa bütün sərhədləri aşıb və artıq publika heç nəyə təəccüblənməyə bilər. Lakin müğənni bu dəfə də qeyri-adiliyini nümayiş etdirib. 

Qaqa əl protezi ilə fotosessiya etdirib. Bloqunda isə müğənni bunu belə izah edib:

- Mən sizinlə şəxsi hisslərimi və narahatlığımı bölüşürəm. Əgər gələn ay da çıxış etməsəm və sevimli musiqimi ifa etməsəm öz əlimi qopardacağam. 

Ledi Qaqanın yeni albomu "Applause" artıq 19 avqustdan satışa çıxacaq.