Bakıda 6 yaşlı uşağı avtomobil vurdu

22 Sentyabr 2020 18:16 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

7-ci mikrorayonda evlərinin yanında yolu keçən 2014-cü il təvəllüdlü Həsənova Rəna Nicat qızını minik avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.