BMT-nin güclənməsi ilə bağlı islahatların həyata keçirilməsinə ehtiyac var

23 Sentyabr 2020 11:40 (UTC+04:00)
Bu gün müxtəlif cəmiyyətlərdə insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar siyasətlər, terrorçuluq, separatizm milyonlarla insana mənfi cəhətdən təsir edir. Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyac var. Bu cür amillərin aradan qaldırılması, məsuliyyətli, şəffaf və demokratik təmsilçiliyi təmin etmək məqsədi ilə BMT Təhlükəsizlik Şurasının ıslahatlar aparılmasına ehtiyac duyulur.
    Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş millətlər Təşkilatına üzv olmuşdur. Mustəqillik ən yüksək dəyərdir və biz bu dəyəri igid oğulların,mərd qızların şücaəti, fədakarlığı nəticəsində əldə etmişik. Bu gün Dağlıq Qarabağ və ətraf 7 rayon ermənilər tərəfindən işğal olunmuşdur. 1993-cu ildə BMT təhlükəsizlik şurası tərəfindən imzalanmış 4 qətnamə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam,dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəsüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymur.
Bu da azmış kimi, Ermənistan ,qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-İN Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda format və mahiyyətini məqsədyönlü şəkildə pozur, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. İndiyədək irəli sürülən qəbuledilməz 7 şərt birmənalı olaraq rədd edilmişdir.
Hal -hazırda Ermənistanda Nasizmin şöhrətli dirilməsi dövlət siyasətidir.Məhz buna görə də Ermənistan faşizm dövlət kimi təqdim edilir. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanfobiya” siyasəti hökm sürür. Bunu milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlərində yaxından görmək mümkündür. 
Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını pozaraq qanunsuz məskunlaşma planı həyata keçirir və apardığı təxribatlar nəticəsində müharibəyə hazırlaşdığını sübut edir.
Bunun bariz nümunəsi də sülh prosesində iştirak etməyən dövlətlər arasında Ermənistanın da adının çəkilməsidir.  Azərbaycana qarşı baş verən təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Münaqişənin həlli yolu isə ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə həll edilməlidir. 
Verdiyeva Şəbnəm
Nəsimi Rayon gənci