Ağstafada arı sancan kişi dünyasını dəyişib

23 Sentyabr 2020 12:40 (UTC+04:00)

Ağstafa rayonunda yerli sakin arı sancmasından ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yenigün kənd sakini, 1965-ci il təvəllüdlü M.Isayevi arı sancıb. O, xəstəxanaya yerləşdirilsə də orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.