"Erotik filmə çəkildiyinə görə Vəfa Zeynalovanı əri boşayır"-Eksklüziv

12 Avqust 2013 16:07 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, aktrisa Vəfa Zeynalovanın rejissor Yavər Rzayevin ekranlaşdırdığı "İlahi məxluq" filmində çəkildiyi erotik epizod sosial şəbəkələrdə və mediada rezonans doğurub. Müxtəlif fikirlər, rəylər səsləndirilib, bu mövzuda mütəxəssis və ekspertlərin qatıldığı polemika və debatlar təşkil olunub. Məlumatlara görə, film aktrisanın ailəsidən də izsiz ötüşməyib. Bu barədə Mövqe.az-a Vəfa Zeynalovanın adının açıqlanmasını istəməyən həmkarı, məlumat verib. O deyib: "Mən həmin filmin ancaq "məşhur səhnəsi"nə baxdım. Bir aktrisa olaraq Vəfanı başa düşürəm. Amma kişilər belə şeyi qəbul eləməkdə çətinlik çəkirlər. Eşitdiyimə görə, açıq-saçıq səhnəni Vəfanın həyat yoldaşı dözümsüzlüklə qarşılayıb. Ailədə başlayan söz-söhbət hətta boşanma səviyyəsinə çatıb və məhkəməyə müraciətlə yekunlaşıb". Mövqe.az aktrisanın özü ilə əlaqə yaradıb. Sualları əsəbiliklə qarşılayan Vəfa Zeynalova bu barədə heç bir açıqlama vermək istəmədiyini deyib: "Bu barədə danışmaq istəmirəm. Bilmirəm axmaq şeyləri kimlər uydurur? Yazmağa, danışmağa başqa mövzu yoxdur?! Yoxdu elə şey..." Aktrisanın öz ailə həyatını müdafiə etməməsi, xəbəri yalana çıxarmaması və ətraflı izah verməməsi bizdə təəccüb və şübhə doğurdu. 2011-ci ildə çəkilmiş "İlahi məxluq" filmi "Bizim kino" prodüser mərkəzinin istehsaladır. Rejissoru və ssenari müəllifi Yavər Rzayev, bəstəkarı Siyavuş Kərimidir.