TƏBİB: Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir

23 Sentyabr 2020 16:33 (UTC+04:00)

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir.

Mövqe.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

R.Bayramlı qeyd edib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib. Vaksinlərin alınması üçün vəsait KMDF-dan ayrılacaq: "Bugünkü iclasda İctimai Nəzarət Şurasına məlumat veriləcək və Şuranın razılığı ilə vaksinin alınması üçün KMDF-dən vəsait ayrılacaq".