Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

23 Sentyabr 2020 22:12 (UTC+04:00)
Gəncə-Göygöl avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, 1977-ci il təvəllüdlü Zöhrab Qarayev və daha bir nəfər xəsarət alıb.
Yaralıların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.