Bakıda sərnişin avtobusu qəzaya uğradı

24 Sentyabr 2020 11:47 (UTC+04:00)

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Mövqe.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində baş verib.

125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus yolda digər avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.