Bakıda oğurluq edən şəxs tutuldu

24 Sentyabr 2020 12:10 (UTC+04:00)

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Piriyevin 550 manat dəyərində avtomobil ehtiyat hissələrini, içərisində 1 300 manat və qızıl-zinət əşyası olan pulqabısını oğurlamaqda şübhəli bilinən  paytaxt sakini N.Şahverdiyev saxlanılıb.