5 türk əsgəri və 11 suriyalı qəzaya düşdü

24 Sentyabr 2020 15:28 (UTC+04:00)

Türkiyədə hərbi təyinatlı nəqliyyat vasitəsinin aşması nəticəsində 16 nəfər yaralanıb. Hadisə Kilis sərhəd zolağında baş verib.

Axar.az “Milliyet”ə istinadla bildirir ki, onlardan 5-i türk ordusunun əsgəri, 11 nəfər isə qaçaq yolla Türkiyə ərazisinə keçməyə çalışan suriyalı qaçqınlardır.

Hadisənin türk əsgərlərinin səhər saatlarında sərhədi gizli şəkildə keçməyə çalışan suriyalıları yaxalayıb aidiyyəti üzrə təhvil verməyə gedərkən yaşandığı bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirib.