Bu gün 19 şagirddə koronavirus aşkarlanıb

24 Sentyabr 2020 15:35 (UTC+04:00)

Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Mövqe.az-ın Nazirliyə istinadən məlumatına görə, bu gün 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub.