Rusiyada qətl törədən azərbaycanlı Bakıda saxlanıldı

24 Sentyabr 2020 16:44 (UTC+04:00)

Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı Bakıda tutulub.

Mövqe.az-ın xəbərinə görə, 1986-cı il təvəllüdlü Sahil Nəzərov Bakıda saxlanılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub.