Diana yaşasaydı belə görünərdi

12 Avqust 2013 18:46 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Şahzadə Diananın 1990-cı ildə portretini çəkən rəssam Israel Zohar, Diananın həyatda olsa necə görünəcəyini təsvir edib. 1997-ci ildə bir yol qəzasında həlak olan Şahzadə Diananın yaşasaydı 52 yaşında, yetkin bir qadın olacağını xatırladan Zohar, "Üzünə bir az qırış elavə etdim. Yaşasaydı yaşını göstərən bir qadın olmazdı" şərhini edib. Zohar, Diananın ilk dəfə portretini çəkəndə özünə güvənməyən bir qadın olduğunu ifadə edərək, "Təsadüfi poza verməsi üçün davamlı ona çox gözəl olduğunu söyləmişdim" deyib.