Biləsuvarda ölümlə nəticələnən qəzanın görüntüləri (VİDEO)

25 Sentyabr 2020 10:43 (UTC+04:00)

Biləsuvarda baş verən ağır qəzanın görüntüləri yayılıb. Mövqe.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Biləsuvar rayon M.İbrahimov küçəsində baş verib. Traktorla minik avtomobilinin toqquşması nəticəsində sürücü, 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğlu dünyasını dəyişib. Həmçinin minik avtomobilinin bir neçə sərnişini ağır bədən xəsarətləri alıblar. Qəzadan olan görüntüləri təqdim edirik.