Hürrəm Sultan geri qayıdır

12 Avqust 2013 18:35 (UTC+04:00)

Çox işləməkdən "tükənmişlik sindromu" yaşayaraq çəkildiyi "Muhteşem yüzyıl" serialını yarımçıq qoyaraq heç kimə xəbər vermədən Almaniyaya gedən aktrisa Məryəm Üzərli (Hürrəm sultan) geri qayıdır. Lakin aktrisa ilə işləmək istəyən rejissorların işi çətin olacaq. Çünki aktrisa çəkiliş meydanına qayıtmaq üçün bir sıra tələblər irəli sürür.


ANS PRESS-in Türkiyə məbuatına istinadla verdiyi məlumata görə, məşhur aktrisanın Türkiyədə yeni bir müqavilə imzalaması üçün bəzi şərtləri var. Xüsusilə çəkiliş meydanlarında ağır iş şərtlərindən şikayətlənən M.Üzərli tələbləri 4 maddədən ibarətdir:


1- Həfətədə ancaq 4 gün işləyəcəm. 3 gün istirahət edəcəm. 

2- Mövsüm boyunca 20 seriyada çəkiləcəm. 

3- Gündə 9 saat işləyəcəyəm.

4- Seriya başına 25 min avro alacağam.