Kolbasalarda bağırsaq çopləri aşkarlandı-Özəl

12 Avqust 2013 18:33 (UTC+04:00)
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəsi ət və ət məhsullarının labarotor müayinəsini başa çatdırıb. Mərkəzin Qidalanma şöbəsinin müdiri İmran Abdullayevin Movqe.az-a verdiyi məluma görə, istehsal və satış müəssisələrindən müayinəyə 103 nümunə cəlb olunub. Labarotor müayinəyə cəlb olunmuş nümunələr toksiki, bakterioloji və kimyəvi müayinələrdən keçirilib. Nümunələrin 3-də qeyri-kafi nəticə əldə edilib. Üç kolbasa məhsulunda bağırsaq çopləri aşkarlanıb. Yerdə qalan 100 nümunədə isə kimyəvi, toksiki, bakterioloji göstəricilər norma həddində çıxıb.