Bakıda avtomobil 6 yaşlı uşağı vurdu

26 Sentyabr 2020 10:00 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Salehov Ümid Alim oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.