Ermənistanda orta məktəblərdə koronavirus yayılır

26 Sentyabr 2020 21:34 (UTC+04:00)

Ermənistanda Mikoyan adına 166 saylı orta məktəbin üç müəlliminin koronavirus testi müsbət olub.

Mövqe.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət İdman Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya İdarəsinin rəis müavini Ofelya Kamavosyan bildirib.

O, qeyd edib ki, koronavirusun aşkarlandığı müəllimlərin dərs keçdikləri siniflər distant tədrisə keçiblər. Buna baxmayaraq məktəbdə tədris davam edir.

Kamavosyanın sözlərinə görə, Ermənistanın digər əyalətlərindəki məktəblərdə də koronavirusa yoluxma halları aşkarlanıb. Bunlardan biri də Tavuş əyalətində, Noyemberyan rayonundakı tam orta məktəbdir.

Nazirlik rəsmisi vurğulayıb ki, buna baxmayaraq məktəblər bağlanmayacaq.