Binəqədi rayonunda avtomobil 2 yaşlı körpəni vurdu

26 Sentyabr 2020 22:29 (UTC+04:00)
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
M.R.Rəsulzadə qəsəbəsində 2018-ci il təvəllüdlü Baxşəliyev Yusif İsmayıl oğlunu küçədə avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.