Erməni hərbi bölmələri TRT-nin əməkdaşlarını hədəfə aldı

27 Sentyabr 2020 13:32 (UTC+04:00)

Erməni hərbi bölmələri “TRT Haber” və “Anadolu” agentliyinin əməkdaşlarının olduğu nöqtəyə minaatandan 3 atəş açıblar.

Mövqe.az xəbər verir ki, bu barədə məlumatı TRT yayıb.

Məlumata görə, mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Hadisə nəticəsində yaralıların olmadığı bildirilib.