«Google Maps»dən Azərbaycana qarşı təxribat - FOTO

13 Avqust 2013 12:11 (UTC+04:00)

"Google"" şirkətinin "Google Maps" xidmətində Bakının Bayraq Meydanında yerləşən Azərbaycan bayrağının 3D modeli təsvir olunub.

Mövqe.az-ın  Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bu modeldə Azərbaycana qarşı növbəti təxribat xarakterli addım atılıb.

 Belə ki, Azərbaycanın Dövlət Bayraq Meydanının həmin 3D modelində ölkə bayrağı cırılmış şəkildə təsvir olunub: "Bu problemin aradan qaldırılması üçün azərbaycanlı internet istifadəçilərinin "Google" şirkətinə şikayət məktubu ünvanlanması xahiş olunur".