Hikmət Hacıyev: Bu qələbəni gətirəcəyik

27 Sentyabr 2020 19:06 (UTC+04:00)

Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır və biz bu qələbəni gətirəcəyik.

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, 30 ildən artıqdır ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirir və bu gün Ermənistan bunun layiqli cavabını alır. Düşmən ağır itkilərlə üzləşib. Vəziyyətin inkişafı barədə cəmiyyətə əlavə məlumat veriləcək.