Goranboyda avtomobilin vurduğu qadın xəstəxanada öldü

28 Sentyabr 2020 09:47 (UTC+04:00)
Gornaboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, sentyabrın 26-ı saat 20 radələrində Goranboy rayonunun Faxralı kəndi ərazisində kənd sakini H.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Mahirə Həmidovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 
Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.