Batmaq üzrə olan vətəndaş xilas edilib

13 Avqust 2013 13:22 (UTC+04:00)

Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.

 Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olan məlumata əsasən, Sumqayıt şəhərində dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsi ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib.

 

Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub. Əməliyyat saat 09:28-də başa çatıb.