Rezidenturaya qəbul üçün keçid balları açıqlanıb

29 Sentyabr 2020 15:43 (UTC+04:00)

2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul üçün müəyyən edilən keçid balları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Mövqe.az-a verilən məlumata görə, “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini dərc edib.

Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim olunub.