Müğənni "Space"in aparıcısına bahalı hədiyyə bağışladı-VİDEO

13 Avqust 2013 20:30 (UTC+04:00)

"Space" telekanalının "Etiraf" verilişində tanınmış müğənni Cavanşir Məmmədov verilişin aparıcısına canlı efirdə çox bahalı hədiyyə verib.

Movqe.az-ın ANS PRESS-ə istinadənməlumatına görə, müğənni canlı efirdə öz qolundakı çox bahalı brilliant qaşlarla bəzədilmiş, altı ölkənin saatını göstərən qızıl saatı çıxararaq aparıcı İlham Mirzəyevə hədiyyə edib. Verilişdən sonra aparıcı İlham Mirzəyev açıqlamasında belə bahalı hədiyyəni qəbul etməsinin səbəbini açıqlayıb:

"Mən elə bahalı hədiyəni qəbul etmək istəmirdim. Cavanşir Məmmədov israr edincə, canlı yayımda onun sözünü yerə sala bilmədim. Hədiyyəsinə görə təşəkkür edirəm" - deyə İ.Mirzəyev bildirib.