Müdafiə Nazirliyi: Ermənistan ordusunun mövqeləri darmadağın edilib

29 Sentyabr 2020 23:10 (UTC+04:00)
Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.