Can Bonomo motosikletinə minərkən əziyyət çəkdiyini bilirsiz?!

15 May 2012 16:22 (UTC+04:00)

Türkiyəni paytaxtımızda keçirilən möhtəşəm "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək gənc müğənni Can Bonomo İstanbulda paparazzilərə yaxalanıb. Movqe.Az xəbər verir ki, C.Bonomo, paparazzilərin obyektivlerinə İstanbulun "Nişantaşı City's"də tuş gəlib.

C.Bonomo motosikletinə minən zaman xeyli çətinlik çəkib və sonra rahat nəfəsini adıçəkilən məkanda alıb. Müğənni burada bir müddət alver də edib.

"Eurovision-2012" mahnı müsabiqəsinin yaxınlaşdığı bu günlərdə artıq mübarizə aparmağa az müddət qaldığını deyən gənc müğənni, müsabiqədə müvəffəqiyyətli olacağına inandığını söyləyib və alverinə qaldığı yerdən davam edib.

Qeyd edək ki, C.Bonomonun motosiklet kaskası isə bütün diqqətləri üzərinə çəkib.

Fuad Mədətov

Movqe.Az