“Brilliant Aygündən intiqam almaq istəyib” - Faiq

13 Avqust 2013 20:45 (UTC+04:00)
Xalq artisti Faiq Ağayev həmkarı Brilliant Dadaşovanın Aygün Kazımovadan intiqam almaq istədiyini iddia edib. 

Müğənni ATV telekanalında yayımlanan "Onlar" verilişinə açıqlamasında bunu Brilliant Dadaşovaya yaraşdırmadığını deyib: 

"Aygün Kazımova mənə qarşı yaradılan qruplaşmaya Brilliant Dadaşovanın başçılıq etdiyini demişdi. Bundan sonra o da qərar verdi ki, nə vaxtsa intiqamımı almalıyam. Amma mən heç yaraşdırmıram. Ona belə bunu yaraşdırmadım. Ən əsası zaman göstərdi ki, qruplaşmalar cansız, müvvəqqəti varlıqlardı". (axsam.az)