Zahid Oruc prezidentliyə namizədliyini verib

13 Avqust 2013 17:35 (UTC+04:00)

"Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc prezident seçkisində iştirak etmək üçün MSK-ya müraciət ediblər".


APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.

 

M. Pənahov qeyd edib ki, prezident seçkisində iştirak etmək istəyən 11 nəfərin namizədliyinin qeydə alınması ilə bağlı komissiyaya müraciətlər daxil olub. O bildirib ki, bütün müraciətlər baxılaraq, dəyərləndiriləcək.