Düşmənin atdığı mərmi Bərdədə həyətyanı sahəyə düşdü

30 Sentyabr 2020 17:11 (UTC+04:00)
Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini hədəfə almaqda davam edir. 
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.  
Sentyabrın 30-u günorta saatlarında düşmən Bərdə rayonunun Xanərəb kəndini də artilleriya atəşinə tutub. 
Düşmənin atdığı top mərmilərindən üçü kənd sakini Adışirin Məmmədovun həyətyanı sahəsinə düşüb. Nəticədə 2 inək tələf olub, 1-i yaralanıb. Həmçinin ev quşları da tələf olub.