Londonun ən məşhur adı "Məhəmməd"

13 Avqust 2013 19:24 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda 2012-ci ildə doğulan oğlan uşaqlarına ən çox Məhəmməd adının verildiyi ortaya çıxıb. Ölkənin Milli Statistika Təşkilatının (ONS) hər il yayımladığı, "İngiltərə və Uels körpələrə verilən ən məşhur adlar" siyahısına görə 2012-ci ildə, Məhəmməd adı Londonda doğulan 768 oğlan uşağa verilərək, ən məşhur ad olub. Məhəmməd adını, 666 say ilə Daniel və 649 sayla Alexander izləyib.

"Məhəmməd" adının fərqli yazılış formalarıyla siyahı daxilində ilk 100 ad içərisində iştirak etməsi də diqqəti çəkib.

İngiltərə və Uels 2012-ci ildə doğulan oğlan uşaqlara ən çox Harri adı verilib, bu adı Oliver, Cek, Çarli, Ceykob və Tomas izləyib. Ölkə daxilində Məhəmməd adı "Muhammad" şəklindəki yazılışıyla 3 min 161 körpəyə verilərək 19-cu sırada, "Mohammed" yazılışıyla 2 min 853 körpəyə verilərək 26-cı sırada, "Mohammad" yazılışıyla isə min 125 kişi körpəyə verilərək 60-cı sırada yer alıb. İngiltərə və Uelsdə qız uşaqlarına verilən ən məşhur adlar isə sırasıyla, Amelia, Olivia, Cessica, Emili və Lili olub. Birləşmiş Krallıq daxilində təxminən 3 milyon müsəlman yaşayır.