Bərbərlər Liviya parlamentini darmadağın etdilər

14 Avqust 2013 11:20 (UTC+04:00)

Liviyanın paytaxtı Tripolidə bərbər tayfasının üzvləri ölkə parlamentinə daxil olaraq tar-mar ediblər. Hücum edənlər parlament binasının şüşələri sındırıblar, mebeli qırıblar, bir sözlə parlament binasını darmadağın ediblər.

Milli Konqresin nümayəndəsinin sözlərinə görə, qəzəbli dəstə hətta deputatlara məxsus sənədləri oğurlayıb.

Xəsarət alanlar barədə xəbər verilmir.

Bərbərlər qəbul ediləcək yeni konstitusiyada onların dilinin və mədəniyyətinin tanınmasını tələb edirlər. Bərbərlərin hazırda Liviya əhalinin 5-10 faizini təşkil etməsinə baxmayaq, tarixən onlar Liviya ərazisində sonradan köç salmış ərəblərdən xeyli əvvəl yaşayıblar.

Qeyd edək ki, Müəmmər Qəddafinin dövründə bərbərlər təqiblərə və diskriminasiyaya məruz qalıb.