“Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012-Azərbaycan” layihəsinin hesabatı

14 Avqust 2013 13:01 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi ilə birgə təşkil etdiyi "Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012-Azərbaycan" layihəsinin 13 avqust 2013 tarixində təqdimatını keçirilib. Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi son 16 il ərzində 29 ölkədə vətəndaş cəmiyyəti təşkilatları sektorunda baş verən dəyişiklikləri izləyir. 2012-ci il üçün İndeks Azərbaycan üçün 4.7 balla qiymətləndirilir (1- ən yüksək, 7-ən kiçik inkişaf göstəricisidir).

Layihənin hesabatını təqdim edən iqtisadçı ekspert Nərmin İbrahimova 2012 VCT-lərin qarşılaşdıqları problemlər və VCT sektoruna edilən dövlət dəstəyindən danışıb. Belə ki, 2012 ildə VCT-lərin rastlaşdıqları problemlərdən - qeydiyyat prosesi, VCT-lərə tətbiq edilən yeni cərimələr,maliyyə imkanlarının kasadlığı, bizneslə vətəndaş cəmiyyəti arasındakı əməkdaşlığın səviyyəsi kimi problemlərdən söz açıb. O cümlədən, 2012 –ci ildə dövlət qurumları ilə VCT-lər arasında müxtəlif görüşlərin keçirilməsi, dövlət qurumlarının müxtəlif layihələrdə VCT-lərə kömək etməsi, onlarla əməkdaşlıq etməsi kimi müsbət addımlardan danışıb.

Hesabatda qeyd edilib ki, VCT-lər regionlar üzrə ciddi fərqlərlə paylanıb. Belə ki, Şabran və Siyəzən kimi rayonlarda bir və ya iki qeydiyyatdan keçmiş VCT, Qusar və Xızı rayonlarında isə ümumiyyətlə qeydiyyatdan keçmiş VCT yoxdur.

Nərmin İbrahimova qeyd edib ki, 2012-ci ildə qeydiyyatdan keçmiş VCT-lər 1054 yerli və xarici qrantlardan 39.5 milyon manat məbləğində vəsait əldə edib. İctimai Təşəbbüslər Mərkəzinin qiymətləndirməsinə əsasən VCT-lərin əldə edilən vəsaitlərin 80%-i xarici donorlar, 15%-i dövlət mənbələri və yalnız 5%-i digər mənbələr, məsələn, üzvlük haqları, xidmərlərin göstərilməsi, fərdi və korporativ ianələrdən daxil olur.

Hesabatda qeyd olundu ki, 2012-ci ilin sonlarına qədər qeydiyyatdan keçmiş VCT-lərin sayı 2850 olub. VCT-lər qanunla nəzərdə tutulmuş şəkildə illik hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qeydiyyatdan keçmiş VCT-lərin yalnız 1352-si maliyyə hesabatı təqdim edib.