Təhsil Nazirliyi TQDK-nın istifadəyə yararsız saydığı dərslikləri yenidən çap edir-Eksklüziv

14 Avqust 2013 13:51 (UTC+04:00)
"Ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün nəzərdə tutulmuş dərslik komplekti bu il yenidən hazırlanacaq.  Bu il yeni hazırlanacaq dərsliklərdə təkmilləşdirmə aparılacaq". Bu sözləri Movqe.az-a açıqlamasında Dərsliklərin Qiymətləndirmə Şurasının  sədri Elmina Kazımzadə söyləyib. E. Kazımzadə bildirib ki, dərsliklərin yenidən çapı hər dörd ildən bir aparılır: "Bu il 2-ci sinif dərslikləri yenidən çap ediləcək. Dərsliklərdə təkmilləşdirmə aparılacaq". Xatırladaq ki, bu il dərslik komplektlərinin monitorinqi zamanı "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili"  və "Həyat bilgisi " dərslik komplektlərinin ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməmiş, bu dərsliklərin  yenidən hazırlanmalı olduğu qərara alınmışdı.