Aqil Dadaşovun həyat yoldaşının qətlə yetirilməsi faktı üzrə cinayət işi açılıb

14 Avqust 2013 19:32 (UTC+04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşının qətlə yetirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Trend-ə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.Məlumata görə, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.
Qeyd edək ki, bu gün günorta saatlarında Hökməli qəsəbəsində Əliağa Vahid küçəsində Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxslər onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetiriblər.