Sükan arxasında mobil telefonuyla danışmaq təhlükəsizdir?

14 Avqust 2013 20:39 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-dakı Karnegie Mellon Universitetində edilən bir araşdırmaya görə, sükan arxasında olanda mobil telefonuyla danışmaq qəza riskini artırmır. Sözügedən araşdırmada böyük bir mobil telefonu provayder ilə mobil telefonu istifadəsinə aid olaraq inkişaf edən yol qəzası hesabatları istifadə edilib. Mütəxəssislər bu araşdırmayla birlikdə cib telefonu istifadəsinin fikri yayındıran bir ünsür olduğu, lakin qəza riskini gözlənilən qədər artırmadığı qərarına gəlib. Araşdırmada 2002-2005-ci illər arasındakı qəza və axtarış hesabatları araşdırılıb. Sözügedən zaman aralığı, xüsusilə GSM operatorlarının saat 21.00-dən etibarən daha çox danışıq edilməsi istiqamətində olan bir dövrə təsadüf edib. İlk olaraq, 21.00-dan sonra danışanların  sükan arxasındakılar olduğu təsbit edilib. Daha sonra isə saat 21.00-dən əvvəlki və sonrakı qəza məlumatları müqayisə edilib. Araşdırmaçılar, saat 21.00-dan sonra artan cib telefonu istifadəsinin qəza nisbətləri üzərində heç bir təsiri olmadığı nəticəsinə gəlib. Cib telefonunun birbaşa qəzalar üzərində bir təsiri olmadığı sübut olmasına baxmayaraq, ABŞ-ın yeddi əyalətində sükan arxasında cib telefonu istifadə etmək qadağandır. Bu qadağa Azərbaycanda da mövcuddur. Araşdırmanı həyata keçirən mütəxəssislər, bu nəticənin yalnız cib telefonuyla zəng etmək üçün etibarlı olduğu; internetdə gəzmək və ya mesaj yazmaq kimi digər xüsusiyyətlərin istifadəsindən yaranacaq nəticələrin araşdırmaya daxil edilmədiyi mövzusunda xəbərdar edir.