Rəsmi hesabat: 95 ölü

14 Avqust 2013 21:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Misir Səhiyyə Nazirliyi, polisin keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının düşərgələrinə etdiyi hücumlarr və ölkə daxilində yaşanan qarşıdurmalarda 95 nəfərin öldüyünü açıqlayıb. Səhiyyə Nazirliyi nümayəndəsi Həmdi Abdil Kərim, "Ölənlər həm polis, həm də vətənsaşlardandır. Biz hadisələrlə əlaqədar detalları gözləyirik." deyib. Kərim həmçinin qarşıdurmalarda 874 nəfərin də yaralandığı məlumatını verib.