Bakıda ağaclıqda asılmış kişi meyidi tapıldı

15 Avqust 2013 11:34 (UTC+04:00)
Bakının Nəsimi rayonunda 35 yaşlı kişi özünü asıb. Rayon Prokurorluğundan Movqe.az-a verilən məlumata görə, Moskva prospekti 30 ünvanında yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinin arxa tərəfindəki həyətində olan ağaclıqda 35 yaşında naməlum kişi meyidi asılmış halda tapılıb. Onun intihar etdiyi bildirilir. Hələlik meyidin şəxsiyyəti müəyyən edilməyib.