Bu gün abituriyentlərin ixtisas seçiminin son günüdür

15 Avqust 2013 11:40 (UTC+04:00)

Ali məktəblərə müvafiq ixtisas qruplarından müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimini davam etdirirlər.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Abituriyentlərin ixtisas seçimi avqustun 15-də saat 00:00-da başa çatacaq.  

Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan etibarən internet vasitəsilə ixtisas seçimi edirlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.