Moskvada Oman səfirliyinin 1-ci katibinin meyiti aşkarlanıb

15 Avqust 2013 11:50 (UTC+04:00)

Moskvanın mərkəzindəki otellərdən birində Oman Sultanlığının Rusiyadakı səfirliyinin 1-ci katibinin meyiti tapılıb.


Movqe.az-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, avqustun 14-də Bolşaya Polyanka küçəsində yerləşən oteldə kişi meyiti aşkarlandığı haqda polisə məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları ölən şəxsin Oman səfirliyinin birinci katibi Müxənnəd Əli Hilal Əl-Əbri olduğunu müəyyənləşdiriblər.   Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Fakt üzrə araşdırma aparılır.